Dünya
Bu ölkənin raketləri Rusiya üçün təhlükədir – ŞOK İDDİA
Çinin raketləri Rusiyanı hədələyir, bununla əlaqədar olaraq Orta və kiçik mənzilli raketlərin ləğvi haqqında Müqaviləyə Çini daxil etmək lazımdır. Bu sözləri Almaniyanın müdafiə naziri Ursula fon der Lyayen “Focus” jurnalına müsahibəsində bildirib.
Əlcəzairdə METRO BAĞLANDI
Əlcəzairin paytaxtında etiraz aksiyalarının miqyası artır. Mərkəzi meydanlarda və küçələrdə etirazçıların sayı durmadan artır. Ən böyük mitinqlərdən birinin keçirildiyi Oden meydanında hüquq-mühafizə orqanlarının əməkdaşlarının sayı artırılır.
Qorxunc qasırğa: 22 ölü, 40 yaralı
ABŞ-ın Alabama ştatında qasırğa nəticəsində 40-dan artıq insan xəsarət alıb. Bu barədə şərqi Alabamanın tibb mərkəzinin "Facebook" səhifəsində bildirilir. Məlumatda deyilir: "Biz gündüz 40-dan artıq xəsarət alan qəbul etmişik və daha çox qəbul edəcəyimizi gözləyirik. Bəzi xəsarət alanlar digər xəstəxanalara göndərilir".














