London məscidində Leyboristlər partiyasının liderinə yumurta atıblar

Böyük Britaniyanın Leyboristlər partiyasının lideri Ceremi Korbinə Finsberidəki London məscidini ziyarət edən zaman yumurta atıblar.

"Report" "Sky News"a istinadən xəbər verir ki, yumurta onun başına dəyib, lakin Korbin zərər çəkməyib.

Telekanalın məlumatına görə, yumurtanı atan şəxs hadisə yerində saxlanılıb.

Bildirilir ki, tutulan şəxsin 41 yaşı var və o, qatı "Brexit" tərəfdarıdır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31