Meksikada partlayış nəticəsində ölənlərin sayı 135-ə çatıb

Yanvarın 18-də Meksikada boru kəmərində baş vermiş partlayış və yanğın nəticəsində ölənlərin sayı 135 nəfərə çatıb.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə bazar günü "Noticias MVS" radiostansiyası məlumat yayıb.

Hökumətin məlumatına görə, 68 nəfər bilavasitə partlayış zamanı həlak olub, qalanları isə aldıqları yanıq xəsarətlərindən xəstəxanalarda keçinib. Bu günə kimi 8 nəfər - beşi Mexikodakı, üçü isə ABŞ-ın Texas ştatındakı tibb müəssisələrində qalmaqdadır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31