Sərt qərar: Arvadını döyən şəxslər bu ölkəyə buraxılmayacaq
3 Mart 2019 16:10 DünyaAvstraliya ailədaxili münaqişələr səbəbilə həbsxanaya düşənlərə viza verməyəcək.
Publika.az xəbər verir ki, bu barədə Avstraliyanın federal miqrasiya naziri Devid Koleman informasiya yayıb.
Nazirin sözlərinə görə, eyni ittihamla məhkumluq həyatı yaşayan şəxslər ölkədən deportasiya olunacaq. Sözügedən qanun artıq qüvvəyə minib. Nazir qeyd edib ki, qadınlara və uşaqlara fiziki təzyiq göstərən şəxsləri tolerant münasibətlə qarşılamaq doğru deyil.
Qeyd edək ki, daha öncə Avstraliyada buna bənzər bir qanun qəbul edilmişdi. Qanuna görə, şəxsiyyət sınaqından keçə bilməyən şəxslərə viza verilmir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31