Zelenskinin yeni administrasiya rəhbəri bu gün seçilir- ÖZƏL
11:33 DünyaUkrayna Prezidenti Volodimir Zelenskinin ofisinə yeni rəhbər bu gün - dekabrın 5-də seçiləcək. Olaylar.az xəbər verir ki, bu barədə Ali Radanın deputatı Yaroslav Jeleznyak öz Telegram kanalında məlumat verib.
Deputat bildirib ki, "bu gün Zelenskinin ofisinin yeni rəhbəri elan olunacaq".
Qeyd edək ki, dekabrın 4-də Volodimir Zelenski yaxın vaxtlarda yeni administrasiya rəhbərinin təyin ediləcəyini açıqlamışdı.
RBC-Ukrayina agentliyinin mənbələrinə görə, dövlət başçısı bu vəzifə üçün altı namizədi nəzərdən keçirir. Onların arasında müdafiə naziri Denis Şmıhal, birinci vitse-premyer - rəqəmsal transformasiya naziri Mixail Fedorov, Hərbi Kəşfiyyat İdarəsinin rəhbəri Kirill Budanov və prezident administrasiyasının rəhbər müavini Pavel Palitsa var. Daha iki namizədin adı açıqlanmayıb.