Erməni mediası: “Paşinyan hökuməti Katolikosun həbsi mərhələsinə yaxınlaşır” – ÖZƏL
11:10 DünyaOlaylar.az xəbər verir ki, "Joxovurd" qəzeti yazır ki, Baş nazir Nikol Paşinyanın hakimiyyəti öz planının son mərhələsinə yaxınlaşır. Nəşrin mənbələrinə görə, arxiyepiskop Arşak Xaçatryanın həbsi sonrası hökumət növbəti addım kimi bütün ermənilərin Katolikosunun həbsi məsələsinə keçəcək.
Mənbələr iddia edir ki, ll Qaregin güzəştə getmək niyyətində olmadığından Paşinyan onun ətrafında parçalanma yaratmağa çalışır. Hökumət Katolikosdan üz çevirən və onu istefaya çağıran keşişlərin sayını artırmaq istəyir. Planın məqsədi "kilsənin və mənəvi həyatın yenilənməsi" adı altında ll Qareginin uzaqlaşdırılmasıdır.
Qəzetin hökumətə yaxın mənbələri bildirir ki, hüquq-mühafizə orqanları Katolikosun həbsinə hazırlıq aparır. Onun hansı əsasla həbs olunacağı isə "əhəmiyyətli sayılmır". Məqsəd Katolikosu təcrid vəziyyətinə salmaq və daha sonra internetdə onun guya istefa verdiyini göstərən məktub yaymaqdır. Məktubun real və ya saxta olmasının heç bir əhəmiyyəti olmayacaq, əsas odur ki, orada ll Qareginin istefası qeyd olunsun və bu, onun vəzifədən uzaqlaşdırılması prosesini başlatsın.