Ukrayna münaqişəsi ilə bağlı xoş xəbərlər olacaq
5 Dekabr 10:07 DünyaABŞ-ın vitse-prezidenti Cey Di Vens yaxın həftələrdə Ukraynadakı münaqişənin həlli ilə bağlı "xoş xəbər" alacağına ümid edir.
Olaylar.az xəbər verir ki, bu gözləntisini Vens "NBC News"a verdiyi müsahibədə açıqlayıb:
"Düşünürəm ki, hər halda, çox irəliləyiş əldə etmişik. Amma hələ tam olaraq buna nail olmamışıq. Fikrimcə, yaxın bir neçə həftə ərzində bu istiqamətdə yaxşı xəbərlər olacaq".
Vitse-prezident həmçinin bildirib ki, o və "bütün Ağ Ev" Ukrayna böhranının hələ həll olunmamasından məyusdur:
"Biz həqiqətən inanırdıq - və ABŞ prezidenti Donald Tramp bunu milyon dəfə deyib - bu, həll edilməsi ən asan müharibə olacaq". (Musavat.com)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31