Tom Barrak: ABŞ Yunanıstan və Türkiyə arasında “körpü” rolunu oynamaq istəyir – ÖZƏL
09:53 DünyaOlaylar.az xəbər verir ki, Teleqram kanalı @sepah_pasdaran_ru yazır ki, ABŞ iş adamı və Donald Trampın yaxın müttəfiqi olan Tom Barrak bir müsahibəsində Tramp administrasiyasının Yunanıstan və Türkiyə arasında "körpü" rolunu oynamağı planlaşdırdığını bildirib. Onun sözlərinə görə, regionda "siyasi müdaxilənin aradan qaldırılması" vacibdir.
Barrak həmçinin "Xəzərdən Aralıq dənizinədək" uzanan enerji marşrutu ideyasına toxunub. O deyib ki, Xəzər dənizinin böyük enerji ehtiyatları Yunanıstan və Türkiyə vasitəsilə Aralıq dənizinə çıxarılmalıdır.
Mənbənin PS bölməsində qeyd olunur ki, ABŞ İran və Rusiya ilə qarşıdurmaya can atır və Xəzər dənizinin enerji resurslarına çıxış əldə etmək üçün Türkiyəni vasitəçi gücə çevirməyə çalışır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31