Mənə xarici xüsusi xidmət orqanına işləyən katalikos lazım deyil - Paşinyan

Mənə xarici xüsusi xidmət orqanının baş leytenantına tabe olmayan katalikos lazımdır.

Olaylar.az erməni KİV-lərinə istinadən xəbər verir ki, Ermənistan baş naziri Nikol Paşinyan "Ermənistan" fraksiyasından olan deputat Anna Qriqoryanın ittihamlarını cavablandırarkən deyib.

Sonuncu, Paşinyanı Ermənistan kilsəsini özünə tabe etmək istədiyini bəyan etmişdi.

"Mənə, baş nazirə tabe olacaq katolikos lazım deyil, mənə xarici xüsusi xidmət orqanının baş leytenantına tabe olmayan və hər gün xarici xüsusi xidmət orqanının leytenantlarına hesabat verməyən katalikos lazımdır", - deyə Paşinyan bildirib.

Baş nazir bildirib ki, nə o, nə də digər dini xadimlər ona hesabat vermək məcburiyyətində deyillər, bütün dini xadimlər yalnız öz cəmiyyətlərinə qarşı şəffaf olmalıdırlar.

"Ktirc Nersisyanın (katalikos) dövründə Ermənistan Apostol Kilsəsi xarabalığa çevrilib. Kilsələrimizdə xorlar demək olar ki, yoxdur, bu isə liturgiyaların düzgün şəkildə aparılmaması deməkdir", - deyə Paşinyan qeyd edib.

Onun sözlərinə görə, Ktriç Nersisyanın fəaliyyəti Erməni Apostol Kilsəsinə zərər verir. (trend)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31