Növbəti ABŞ-Ukrayna danışıqlarının vaxtı açıqlandı

ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff və Donald Trampın kürəkəni Cared Kuşnerin 4 dekabrda Ukraynanın Milli Təhlükəsizlik Şurasının katibi Rustem Umerovla görüşəcəyi bildirilir.

Olaylar.az xəbər verir ki, görüş Mayamidə baş tutacaq.

Xatırladaq ki, ötən həftə Floridada ABŞ və Ukrayna rəsmiləri arasında görüş olmuş, Ukrayna heyətinə R.Umerov rəhbərlik etmişdi. Dekabrın 2-də isə Uitkoff və Kuşner Kremlə səfər edərək Vladimir Putinlə görüşüblər. (Milli.Az)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31