Netanyahu: "İran və onun proxy qüvvələri xərçəng kimidir"

İsrailin baş naziri Benyamin Netanyahu İranı və onun bölgədəki proxy qruplarını "xərçəng" xəstəliyi ilə müqayisə edərək bildirib ki, İsrail bu qüvvələr üzərində qələbə qazanıb, lakin mübarizə hələ də sonsuz xarakter daşıyır.

Olaylar.az-ın məlumatına görə Netanyahu bəyan edib ki, İsrail təkcə HƏMAS-la deyil, həm də "Hizbullah", Bəşər Əsəd rejimi, İraqdakı şiə dəstələri, husilər və ən əsası İranla döyüşdüyünü vurğulayıb:

"Biz bu savaşda qalib gəldik. Biz bu müharibəni qazandıq, amma müharibə sonsuzdur. Bu, xərçəng kimidir - siz onu müalicə edirsiniz, amma o geri qayıda bilər. Əgər müalicə etməsəniz, öləcəksiniz. Biz isə onu müalicə etdik". (Musavat.com)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31