İran vitse-prezidentinin qızının beyin ölümü təsdiqləndi

İranda baş verən ağır yol-nəqliyyat qəzası faciə ilə nəticələnib.

Musavat.com xəbər verir ki, vitse-prezident İsmayıl Səqqab-Esfahaninin qızı qəzada aldığı xəsarətlər səbəbindən beyin ölümü keçirib.

Məlumata görə, Səqqabın həyat yoldaşı həmin qəzada hadisə yerində dünyasını dəyişib. Onun digər iki övladının vəziyyəti ağır olaraq qalır və xəstəxanada müalicə olunur. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31