ABŞ prezidenti Tramp Venesuela ilə bağlı növbəti addımların müzakirəsi üçün iclas keçirəcək - ÖZƏL

ABŞ Prezidenti Donald Tramp bazar ertəsi axşam Ağ Evdə Venesuela ilə bağlı növbəti addımların müzakirəsi üçün iclas keçirəcək.

Olaylar bu barədə CNN mənbələrinə istinadla xəbər yayıb.

İclasa Müdafiə naziri Pit Hegset, Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Den Keyn, Dövlət katibi Marko Rubio, Ağ Ev Aparatının rəhbəri Suzi Vails və onun müavini Stiv Miller qatılacaq.

İclas Şərq vaxtı ilə saat 17:00-da (Moskva vaxtı ilə çərşənbə axşamı saat 01:00) başlayacaq.

Xatırladaq ki, daha əvvəl Donald Tramp Venesuela üzərində hava məkanının bağlanması barədə elan etmişdi.

İbrahim Məmmədli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31