Avropanın əsas ölkələrində Ukraynanın Aİ və NATO-ya üzvlüyünə dəstək yarıbayarı azdır - ÖZƏL

"YouGov" şirkətinin yeni sorğusuna əsasən, Polşa, Fransa, Almaniya və İtaliya sakinlərinin yarıdan azı Ukraynanın Avropa İttifaqı və NATO-ya üzvlüyünü dəstəkləyir.

Sorğu nəticələrinə görə, Polşada respondentlərin yalnız 42 faizi Ukraynanın Aİ-yə, 45 faizi isə NATO-ya üzvlüyünü müdafiə edir. Fransada bu göstəricilər müvafiq olaraq 46% və 42%, Almaniyada 47% və 42%, İtaliyada isə hər iki göstərici 44%-dir.

Buna qarşı, Böyük Britaniya və İspaniyada dəstək səviyyəsi daha yüksəkdir: britaniyalıların 69%-i Aİ-yə, 66%-ı NATO-ya üzvlüyü dəstəkləyir, ispanların isə 70%-i və 62%-i müvafiq olaraq bu yanaşmanı bölüşür.

Sorğu noyabrın 7-dən 27-dək aparılıb.

Daha əvvəl Macarıstanın baş naziri Viktor Orban Ukraynanın Avropa İttifaqına üzvlüyə hazır olmadığını və yaxın gələcəkdə bu vəziyyətin dəyişməyəcəyini bildirmişdi.

İbrahim Məmmədli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31