Rusiya və Səudiyyə Ərəbistanı iki–üç Rusiya aviaşirkətinin reyslərinin açılması üzərində işləyir - ÖZƏL
17:45 DünyaRusiya və Səudiyyə Ərəbistanı yaxın vaxtlarda iki-üç rusiyalı aviaşirkətin reyslərinin açılması məsələsini müzakirə edəcək.
Olaylar xəbər verir ki, bu barədə Rusiya baş nazirinin müavini Aleksandr Novak "Rossiya 24" telekanalına verdiyi müsahibədə bildirib.
Novak qeyd edib ki, birbaşa aviaəlaqələrin genişləndirilməsi mövzusu Səudiyyə Ərəbistanında keçirilən biznes-forum zamanı müzakirə olunub. Hazırda Moskva ilə Ər-Riyad arasında birbaşa reysləri iki Səudiyyə aviaşirkəti həyata keçirir.
"Razılaşdıq ki, yaxın gələcəkdə aviaşirkətlərin sayının artırılması, o cümlədən iki-üç rusiyalı şirkətin əlavə olunması və uçuş istiqamətlərinin genişləndirilməsi barədə qərarlar qəbul ediləcək. Söhbət yalnız Moskvadan deyil, digər şəhərlərdən olan reyslərdən də gedir," - o bildirib.
Qeyd edək ki, 1 dekabrda Rusiya və Səudiyyə Ərəbistanı vizaların ləğvi ilə bağlı hökumətlərarası saziş imzalayıb. Turizm Operatorları Assosiasiyası (ATOR) proqnozlaşdırır ki, qarşıdakı yay mövsümünə qədər Səudiyyə Ərəbistanından Rusiyaya turist axını iki-üç dəfə arta bilər.
İbrahim Məmmədli