Fergyuson: “Korrupsiya aradan qalxmayınca münaqişə bitməyəcək” — Trampın mövqeyi - ÖZƏL
17:35 DünyaABŞ prezidenti Donald Tramp bildirib ki, Kiyev rejiminin dərin korrupsiyaya bulaşması səbəbindən Ukrayna tərəfi sülh sazişinə hazır deyil.
Olaylar xəbər verir ki, bu barədə britaniyalı siyasətçi Cim Fergyuson "X" sosial şəbəkəsində yazıb.
Onun sözlərinə görə, "Trampın mesajı açıqdır: Ukraynanı içəridən yeyən korrupsiya ifşa edilib aradan qaldırılmadan münaqişənin həllinə və ya dayandırılmasına nail olmaq mümkün deyil".
Bundan əvvəl Tramp Ukraynada baş verən korrupsiya qalmaqalını "çətin problem" kimi qiymətləndirmişdi.
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov da bəyan etmişdi ki, Kiyev rejimi korrupsiya səbəbindən dağılma həddinə çatıb.
"The Sunday Times" isə yazmışdı ki, Vladimir Zelenski bir sıra ciddi problemlər fonunda "kənarın astanasında" dayanıb.
İbrahim Məmmədli