Bloomberg: Hindistan 2021-ci ildən bəri ilk dəfə Guyanadan neft alıb - ÖZƏL
17:17 DünyaHindistan 2021-ci ildən sonra ilk dəfə Guyanadan neft alıb.
Olaylar xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.
Agentliyin məlumatına görə, hər biri 1 milyon barrel neft daşıyan iki iri tonnajlı tanker noyabrda Cənubi Amerika ölkəsini tərk edib. Çatdırılma marşrutunun uzunluğu 17,7 min km (11 min dəniz mili) təşkil edir. Neftin Hindistan şirkətlərinə yanvar ayında çatacağı gözlənilir.
Hindistanın neft və təbii qaz naziri Hardip Sinqh bildirib ki, marşrutların uzanması idxalçılar üçün müəyyən çətinliklər yaradacaq.
"Əgər bazara daha çox neft daxil olsa və qlobal durum sabitləşsə, daha yaxşı nəticələrə ümid edə bilərik", - nazir qeyd edib.
11 noyabrda ABŞ prezidenti Donald Tramp bəyan etmişdi ki, Hindistan Rusiya nefti almaqda davam etdiyi üçün Vaşinqton Nyu-Dehliyə qarşı yüksək rüsumları qüvvədə saxlayır.
Bundan əvvəl Hindistan banklarının Rusiya nefti ticarətinin maliyyələşdirilməsini nəzərdən keçirməyə şərti hazır olduqları bildirilmişdi.
İbrahim Məmmədli