NATO-Rusiya gərginliyi artır: qabaqlayıcı addımlar nəyə hesablanıb?- ÖZƏL

NATO Hərbi Komitəsinin rəhbəri, admiral Cüzeppe Kavo Draqone Financial Times qəzetinə bildirib ki, Alyans Rusiyanın təcavüzkar hərəkətlərinə cavab olaraq qabaqlayıcı tədbirlər hazırlamağı planlaşdırır.
Draqonenin sözlərinə görə, xüsusilə kiber sahədə reaktiv olmaqdansa, daha aqressiv və ya qabaqlayıcı addımlar atmaq nəzərdən keçirilir. Alyans "qabaqlayıcı zərbələri" "müdafiə tədbirləri" kimi qiymətləndirə bilər.
Lakin admiral bu yanaşmanın "NATO-nun normal davranış tərzindən kənara çıxdığını" və hüquqi çərçivələr, yurisdiksiya məsələləri ilə bağlı çətinliklərin olduğunu etiraf edib.
"Qabaqlayıcı tədbirlər" dedikdə NATO rəhbərliyi konkret olaraq hansı hərbi və ya qeyri-hərbi addımları nəzərdə tutur? Rusiya bu cür "qabaqlayıcı" siqnallara necə cavab verəcək? 



Mövzu ilə bağlı politoloq Turan Rzayev Olaylar.az-a açıqlama verib: 

" Burada söhbət əslində birinci növbədə  NATO-nun hərbi xərclərinin artırılmasından gedir. Onsuz da belə bir şey planlaşdırılıb. Xüsusən də ABŞ-ın Avropadakı qoşullarının sayının artması və Trampın NATO-nun bütün üzvlərinin hərbi xərclərinin artırılması istəyi fonunda baş verir. Yəni, birincisi bu olacaq. Yəqin ki, bunu da Rusiyaya qarşı təzyiq kimi qiymətləndirirlər. Çünki istənilən halda NATO ölkələri hərbi xərcləri artıracaqsa, bu digər sahələrdə kəsintilərə gedilməsi və ya qiymət artımlarını gətirə bilər. Bunu da müqayisə edirlər ki,  əslində, bu zəruri bir addımdır və buna görə də biz bunu edirik.
İkincisi, daha praktik addımlar atıla bilər. Söhbət nədən gedir? Misal üçün, Rusiya sərhəddi boyunca NATO istehkamları qurula bilər, hərbi texnikalar cəmləşdirilə bilər, canlı qüvvə və vəsait artırıla bilər, və digər tərəfdən Ukraynaya yardımın sayı da artırıla bilər. Yəni, ehtimal bu kimi tədbirlər görülə bilər. Rusiya bu cür tədbirlərə böyük ehtimal cavab verəcəkdir. Burada hansı addımların atılacağı əsasdır. Əgər hərbi xərclər artırılacaqsa, Rusiya hərbi xərcləri artırıbdır, indiki məqam da yenidən hərbi xərcləri artırması real görünmür. Praktik addımlar olarsa, Rusiya da 
NATO sərhəddinə hərbi texnika, hərbiçilər, döyüş vasitələri gətirə bilər. Bununla da çəkinmədiyini, vəziyyətin ciddi olduğunu göstərə bilər". 

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31