İran özünü rus silahı ilə qorumaq istəyir

İran İsraillə yeni münaqişə risklərini hesablayaraq yenidən silahlanmasını sürətləndirib.

Olaylar.az xarici mediaya istinadla xəbər verir ki, bu, həm yəhudi dövlətinin, həm də Qərb ölkələrinin kəşfiyyat icması tərəfindən sənədləşdirilib. Bu məlumatlara görə, islam respublikası Rusiyanı yeni texnologiyanın ən perspektivli ixracatçılarından biri kimi görür. Tehran Yəməndəki "Ənsarallah" hərəkatı, Livandakı şiə "Hizbullah" qrupu və İordan çayının qərb sahilindəki radikal yeraltı qruplaşma da daxil olmaqla, Yaxın Şərqdəki müttəfiq qüvvələrini yenidən təchiz etmək üçün xüsusi səylər göstərir.

Təhlükəsizlik mənbələri İsrail "Kan" telekanalına bildiriblər ki, islam respublikası İsrailin yeni hücumlarını dəf etməyə hazırlaşır. "Kan"ın mənbələrinə görə, Tehran bu qrupları müharibə vəziyyətində ilk çəkindirmə xətti kimi görür.

Qərb kəşfiyyat dairələrindəki mənbələrin BƏƏ-nin "The National" nəşrinə istinadla verdiyi məlumata görə, İran hazırda qısa müddətdə almaq niyyətində olduğu konkret hərbi texnikanın siyahısını tərtib edir. İslam respublikasının prioriteti "Su-35" qırıcı təyyarələri, S-400 kimi hava hücumundan müdafiə sistemləri və "Buk" zenit-raket sistemləri daxil olmaqla qabaqcıl Rusiya avadanlıqlarının alınmasıdır. "The National" mənbələrinin məlumatına görə, son zamanlar İranda Rusiya istehsalı olan məhsullara maraq xeyli artıb. Tehran 12 günlük müharibə zamanı İsrailin hava üstünlüyünə malik olmasını unutmur və gələcəkdə eyni halın yaranmamas üçün tədbirlər görür.

"The National"ın məlumatına görə, İran liderləri Ukrayna münaqişəsinin ABŞ prezident administrasiyasının vasitəçiliyi ilə tezliklə həll olunacağını ciddi şəkildə gözləyirlər ki, Rusiya ilə silah ticarətinə başlasınlar. (Musavat.com)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31