Suriyada İŞİD-lə əlaqəli gizli dəstələr zərərsizləşdirilib
16:28 DünyaSuriya təhlükəsizlik qüvvələri ölkənin şimal-qərbində yerləşən İdlib əyalətində 2 əməliyyat keçirib. Əməliyyatların gedişində bölgədə gizli fəaliyyət göstərən İŞİD-ə bağlı dəstələr zərərsizləşdirilib.
Olaylar.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə əyalətin daxili təhlükəsizlik xidməti məlumat yayıb.
Bildirilib ki, əməliyyatların gedişində 2 terrorçu məhv edilib, daha doqquz nəfər saxlanılıb.
Onların üzərində odlu silah və sursatlar, həmçinin kustar üsulla hazırlanmış partlayıcı qurğular aşkarlanıb. (Trend)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31