Rusiya "Su-57"ləri ilk dəfə xarici ölkəyə SATDI

Rusiya Birləşmiş Aviasiya Korporasiyası (UAC) xarici sifarişçiyə 2 ədəd beşinci nəsil "Su-57" döyüş təyyarəsini təhvil verib. 

Olaylar.az "Kommersant"a istinadən xəbər verir ki, bu barədə şirkətin baş direktoru Vadim Badexa məlumat verib.

Onun sözlərinə görə, yeni təyyarələr artıq döyüş növbəsinə başlayıb və yüksək göstəricilər nümayiş etdirir.

Alıcının kimliyi açıqlanmasa da, Badexa qeyd edib ki, sifarişçi döyüş təyyarələrinin keyfiyyətindən məmnundur.

Qeyd edək ki, dünən "Dubai Airshow"da çoxfunksiyalı "Su-57E" döyüş təyyarəsi və təkmilləşdirilmiş "Yak-130M" təlim-döyüş təyyarəsi nümayiş olunub. Beynəlxalq aviakosmik sərgi "Dubai Airshow" 2025 17-21 noyabr tarixlərində keçirilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31