ABŞ Prezidentinin xüsusi səfiri Stiv Uitkoff sabah (noyabrın 19-u) Türkiyəyə səfər edəcək.
Olaylar.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Məlumata görə, o, Ukrayna lideri Volodimir Zelenski ilə danışıqlarda iştirak edəcək.
Həmçinin, görüşdə Ukrayna münaqişəsinin nizamlanması ilə bağlı müzakirələrin aparılacağı gözlənilir.