Kiyevdə əsas Ukrayna bayrağı güclü külək səbəbindən endirilib- ÖZƏL
12:39 DünyaKiyevdəki "Ana Vətən" abidəsi yaxınlığında quraşdırılmış əsas Ukrayna bayrağı güclü külək səbəbindən endirilib. Olaylar.az xəbər verir ki, RBC-Ukrayna agentliyinin məlumatına görə, 18 noyabrda paytaxtda saniyədə 15-20 metr sürətində külək əsəcəyi gözlənilir. Belə hava şəraitində bayraq zədələnə bilər.
Bayrağın ölçüsü 16 × 24 metrdir, bayraq dirəyinin hündürlüyü isə təxminən 90 metrdir. Keçən ilin dekabr ayında da güclü külək səbəbindən bayraq zədələndiyi üçün dəyişdirilmişdi.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31