SON DƏQİQƏ: Zelenski Türkiyəyə GEDİR

Ukrayna prezidenti Volodimir Zelenski bir sıra mühüm beynəlxalq görüşlər keçirəcək və onlardan bəziləri Türkiyədə təşkil olunacaq.

Olaylar.az "RBC-Ukrayna"ya istinadən xəbər verir ki, bu barədə Zelenski "Telegram" hesabında açıqlama verib.

Dövlət başçısı bildirib ki, hazırda İspaniyadadır və orada baş nazir Pedro Sançeslə danışıqlar aparılacaq.

Zelenskinin sözlərinə görə, görüşlər Ukraynanın müdafiə qabiliyyətini gücləndirəcək və vətəndaşların həyatının qorunmasına töhfə verəcək yeni razılaşmaların əldə edilməsinə yönələcək.

Ukraynanın lideri "X" hesabında bildirib ki, noyabrın 19-da Türkiyəyə səfər edəcək.

Orada diplomatik proseslərin intensivləşdirilməsi və Ukrayna tərəfinin tərəfdaşlarına təqdim edəcəyi bir sıra həll yolları ilə bağlı danışıqların keçirilməsi planlaşdırılır.

O həmçinin qeyd edib ki, məhbusların qaytarılması Ukrayna üçün prioritet olaraq qalır:

"Danışıqları intensivləşdirməyə hazırlaşırıq və tərəfdaşlarımıza təqdim edəcəyimiz həll yollarını hazırlamışıq. Müharibəyə son qoymaq üçün əlimizdən gələni etmək Ukraynanın əsas prioritetidir. Həmçinin əsir mübadiləsini bərpa etmək və geri qaytarmaq üçün çalışırıq".

Xatırladaq ki, Ukrayna və Rusiya 2025-ci ilin may, iyun və iyul aylarında İstanbulda danışıqların üç raundunu keçirib. (Musavat.com)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31