ABŞ qeyri-qanuni miqrantları işə götürən bizneslərə qarşı mübarizəni gücləndirir- ÖZƏL
11:29 DünyaABŞ İmmiqrasiya və Gömrük Mühafizəsi (ICE) qeyri-qanuni miqrantları işə götürən şirkətlərə qarşı mübarizəni gücləndirəcəyini açıqlayıb. Olaylar.az xəbər verir ki, bu barədə ICE-in səlahiyyətli şəxsi Tod Layons Fox News telekanalına bildirib. Layons deyib ki, ABŞ-da qeyri-qanuni miqrantları işə götürən işəgötürənlərə qarşı məsuliyyət tədbirləri görüləcək. "Biz qeyri-qanuni miqrantları işə götürən Amerika şirkətlərinə fokuslanacağıq. Bu miqrantlar ABŞ vətəndaşlarının iş imkanlarını əlindən alır," - deyə o vurğulayıb.
ICE-in mövqeyinə görə, işə götürülən şəxslərin ABŞ ərazisində hər hansı cinayət törədib-törətməməsi məsuliyyətə cəlb olunmağa mane olmayacaq.
ABŞ Daxili Təhlükəsizlik Departamentinin köməkçisi Trisha Maklaflin bildirib ki, ölkədə qeyri-qanuni qalan şəxslərə geri dönmək üçün seçim təklif olunur: "İndi çıxıb $1000 məbləğində yardım və pulsuz uçuşla ölkələrinə qayıda bilərlər. Əks halda, mövqeyimiz aydındır - onları həbs edəcəyik."
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp bir neçə dəfə bildirib ki, onun administrasiyasına qədər ölkəyə təxminən 25 milyon qeyri-qanuni miqrant daxil olub. Prezident bu məsələ ilə bağlı Meksika sərhədində fövqəladə vəziyyət elan edib və ölkədə ən genişmiqyaslı deportasiya əməliyyatını həyata keçirməyi planlaşdırır.