Qəzza ilə bağlı MÜHÜM XƏBƏR
18 Noyabr 10:32 DünyaABŞ prezidenti Donald Tramp BMT Təhlükəsizlik Şurasını Vaşinqtonun Qəzza zolağındakı münaqişənin həlli planınına bağlı qətnamənin qəbul olunması münasibətilə dünanı təbrik edib.
Olaylar.az xəbər verir ki, Tramp bu barədə "Truth Social"da paylaşım edib:
"Bir neçə dəqiqə əvvəl BMT Təhlükəsizlik Şurasının inanılmaz səsverməsi münasibətilə bütün dünyanı təbrik edirəm. Bu səsvermə mənim sədrlik edəcəyim və dünyanın ən nüfuzlu və hörmətli liderlərini əhatə edəcək Sülh Şurasının yaradılmasını tanıyan və təsdiqləyən səsvermə oldu".
ABŞ prezidenti bu hadisənin BMT tarixində ən vacib hadisələrdən biri kimi tarixə düşəcəyinə inanır. O, qərarın "daha böyük sülhə gətirib çıxaracağını" və "həqiqətən tarixi əhəmiyyətə malik bir an olacağını" bildirib.
O, Rusiya və Çin də daxil olmaqla, BMT Təhlükəsizlik Şurasındakı bütün ölkələrə, eləcə də ABŞ-ın səylərini dəstəkləyən Şurada olmayan ölkələrə minnətdarlığını bildirib.
Tramp əlavə edib ki, Sülh Şurasının idarə heyətinin üzvləri yaxın həftələrdə bir çox həyəcanverici açıqlamalarla yanaşı elan ediləcək. Onun sözlərinə görə, Sülh Şurası ən nüfuzlu ölkələrin nümayəndələrindən formalaşdırılacaq.
Donald Trampın planına əsasən, keçid dövründə Sülh Şurası Qəzzanın xarici idarəçiliyini öz üzərinə götürəcək. ABŞ prezidenti bildirib ki, bu qurumun tərkibi daha sonra açıqlanacaq. Buraya digərləri ilə yanaşı, keçmiş Britaniya Baş naziri Toni Bleyrin də daxil olması gözlənilir. (Musavat.com)