Tramp: 2025-ci ilin sonuna qədər ABŞ-yə 20 trilyon dollar investisiya cəlb ediləcək – ÖZƏL
18 Noyabr 2025 10:29 DünyaABŞ prezidenti Donald Tramp Birləşmiş Ştatların 2025-ci ilin sonuna qədər 20 trilyon dollardan çox sərmayə cəlb edə biləcəyinə inandığını bildirib.
Olaylar.az xəbər verir ki, 17 noyabr tarixində Ağ Evdə çıxışı zamanı Tramp bu fikirləri səsləndirib: "Doqquz ay ərzində ölkəmizə 17 trilyon dollardan çox vəsait yatırılıb. Hazırda bu göstərici demək olar ki, 18 trilyon dollara çatıb. İlin sonuna qədər ölkəmizə təxminən 20-21 trilyon dollar həcmində investisiya qoyulacaq."
Tramp əlavə edib ki, bu, indiyə qədər hər hansı bir ölkəyə qoyulan sərmayədən 10 dəfə çoxdur və bu artım əsasən tətbiq edilən gömrük rüsumları ilə əlaqədardır.
Lider əvvəllər dəfələrlə tətbiq etdiyi yeni rüsumların biznesləri istehsal güclərini ABŞ ərazisinə köçürməyə məcbur etdiyinə inamını ifadə edib.