ABŞ Daxili Təhlükəsizlik Departamenti immiqrasiya əleyhdarlarını saxta videoları yaymaqda ittiham etdi- ÖZƏL
18 Noyabr 2025 10:26 DünyaABŞ-ın Daxili Təhlükəsizlik Departamenti (DHS) qeyri-qanuni miqrasiyaya qarşı aparılan kampaniyanı tənqid edən qrupları kütləvi şəkildə saxta videolar hazırlayıb yaymaqda ittiham edib. Olaylar.az xəbər verir ki, departamentin məlumatına görə, radikal qruplar süni intellekt texnologiyasından istifadə etməklə hüquq-mühafizə orqanlarını gözdən salmağa çalışır. DHS-in X sosial şəbəkəsində yayımladığı açıqlamada bildirilir ki, immiqrasiya və gömrük polisi (ICE) əməkdaşlarını demonizasiya etmək məqsədilə hazırlanmış feyk videolarda saxta polis əməkdaşları saxlanılan qeyri-qanuni miqrantlara qarşı xüsusi qəddarlıq nümayiş etdirir. Bu materiallar izləyicidə simpatiya yaratmaq üçün manipulyativ şəkildə hazırlanıb.
New York Post yazır ki, bu cür videolar sosial şəbəkələrdə yüz minlərlə baxış toplayır. DHS-in məlumatına görə, bu tendensiya fonunda ICE əməkdaşlarına qarşı hücumlar 10 dəfə, fiziki zorakılıq təhdidləri isə 80 dəfə artıb.
ABŞ Prezidenti Donald Tramp dəfələrlə bildirib ki, hakimiyyətə gəlməzdən əvvəl ölkəyə təxminən 25 milyon qanunsuz miqrant daxil olub. O, prezident kimi ilk qərarlarından biri olaraq ABŞ-Meksika sərhədində fövqəladə vəziyyət elan edib və ölkə tarixində ən genişmiqyaslı deportasiya əməliyyatını həyata keçirmək niyyətini açıqlayıb.