Fransada ABŞ şirkətinin ofisində axtarış: Makronun seçki kampaniyasını maliyyələşdirib?
10:19 DünyaFransa polisi prezident Emmanuel Makronun 2017-ci il seçki kampaniyasının mümkün qanunsuz maliyyələşdirilməsi ilə bağlı araşdırmanın bir hissəsi olaraq ABŞ konsaltinq şirkəti "McKinse"in binasında axtarış aparıb.
Olaylar.az xəbər verir ki, məlumatı "Le Figaro" yayıb.
Məlumatı nəşrə hakim Serj Turneur təsdiqləyib:
"6 noyabrda məhkəmə istintaqının bir hissəsi olaraq "McKinsey"in ofisində istintaq axtarışı aparıldı".
2022-ci ilin noyabr ayında "Le Parisien" istintaqın başladığını bildirmişdi. Bu, Senatın (parlamentin yuxarı palatası) hesabatından sonra baş vermişdi. Hesabatda McKinsey-in Fransa ofisinin son 10 ildə vergi ödəmədiyi və hökumətin onun məsləhət xidmətlərinə xərclərinin 2018-ci ildən 2021-ci ilə qədər orta hesabla ikiqat artaraq ildə 1 milyard avroya çatdığı bildirilirdi.
Makron özü bütün faktların müəyyən edilməsinə və bu məsələdə "tam şəffaflığa" nail olunmasına çağırıb. (Musavat.com)