Qazaxıstanda FACİƏ: 9-u uşaq olmaqla 12 nəfər ÖLDÜ

Qazaxıstanın Türküstan vilayətinin Alqabas kəndində səhər saatlarında fərdi evdə baş verən yanğın 9-u uşaq olmaqla 12 nəfərin həyatına son qoyub.

Olaylar.az xəbər verir ki, yanğınsöndürənlər gəldikdən sonra müəyyən edilib ki, yaşayış binası tamamilə yanıb.

Xilasedicilərin verdiyi məlumata görə, yanğının söndürülməsi zamanı huşsuz vəziyyətdə olan 3 nəfər evdən çıxarılaraq təcili tibbi yardım briqadasına təhvil verilib. İçəridə 9-u uşaq olmaqla 12 nəfərin meyiti tapılıb.

Qonşuların dediyinə görə, ev sahibləri bir gün əvvəl tədbir keçirdikləri üçün evdə qonaqlar olub.

360 kvadratmetr ərazini əhatə edən yanğın tam söndürülüb.

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev fərdi evdə baş verən yanğın nəticəsində ölənlərlə bağlı başsağlığı verib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31