"ABŞ-la dialoqa açığam" - Maduro
10:07 DünyaVenesuela prezidenti Nikolas Maduro ABŞ lideri Donald Trampla dialoqa açıq olduğunu bildirib.
Olaylar.az xəbər verir ki, o, bunu Venesuela dövlət televiziyasında çıxışında açıqlayıb:
"ABŞ-da Venesuela ilə danışmaq istəyən hər kəs heç bir problem olmadan üz-üzə danışacaq".
Maduro əlavə edib ki, yalnız diplomatiya azad ölkələrə və hökumətlərə bir-birini başa düşməyə və yalnız dialoq onlara qarşılıqlı maraq doğuran məsələlərdə ortaq məxrəc tapmağa imkan verəcək.
CNN qeyd edir ki, Karib dənizində hərbi mövcudluğun artması fonunda Tramp "Maduro ilə müəyyən bir vaxtda danışmağa hazır olduğunu bildirərək, potensial diplomatik yol gördüyünə işarə edib". (Musavat.com)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31