ABŞ-ın keçmiş maliyyə naziri Epstein əlaqələrinə görə ictimai həyatdan kənara çəkilir- ÖZƏL
09:20 DünyaABŞ-ın keçmiş maliyyə naziri, Bill Klinton administrasiyasında bu vəzifəni icra etmiş Lourens Sam mers, Jeffri Epşteynlə əlaqələri səbəbindən ictimai fəaliyyətini dayandırdığını açıqlayıb. Olaylar.az xəbər verir ki, bu barədə Financial Times məlumat yayıb. Sam mers bildirib ki, ən yaxın insanlar ilə münasibətlərini və onlara olan etimadı bərpa etmək üçün bütün ictimai fəaliyyətlərdən uzaqlaşır:
"Mən ictimai fəaliyyətlərdən imtina edirəm. Bu, mənə ən yaxın insanlarla etimadı və münasibətləri bərpa etmək üçün daha geniş səylərimin bir hissəsidir. Keçmiş hərəkətlərimə görə utanc hissi keçirirəm."
Məlumata görə, bu qərar Epşteynlə bağlı yeni sənədlərin açıqlanmasından sonra verilib. Sənədlər Sam mersin Epşteynlə evli olmadığı bir qadınla münasibət qurmaqla bağlı məsləhətləşdiyini göstərib.
Qeyd edilib ki, Jeffri Epşteyn 2019-cu ilin 6 iyulunda Nyu-York polisinin əməliyyatı nəticəsində həbs olunub. Prokurorluq onun 2002-2005-ci illərdə ən gənci 14 yaşında olmaqla, onlarla azyaşlı qızı Manhettendəki evinə gətirdiyini bildirib. Epşteynin dost çevrəsində ABŞ-ın sabiq və hazırkı yüksək vəzifəli rəsmiləri də daxil olmaqla bir çox ölkələrin tanınmış simaları olub. Onların arasında Bill Klinton və Donald Tramp da yer alırdı. Epşteynə qarşı cinayət işi 2019-cu il avqustun 10-da onun həbsxanada intihar etməsindən sonra dayandırılıb.