Qazaxıstanda ev qiymətləri artmaqda davam edir – ÖZƏL

Qazaxıstanda mənzil qiymətləri sürətlə bahalaşır: Oktyabr ayında yeni tikililər 13.1%, təkrar bazar mənzilləri isə 11.6% bahalanıb.

Olaylar.az xəbər verir ki, "Ranking.kz" portalının məlumatına görə, qiymət artımına bir neçə əsas amil təsir edib: Əlavə Dəyər Vergisinin 16% -ə qədər yüksəldilməsi tikinti şirkətlərini yeni vergi xərclərini qiymətlərə daxil etməyə vadar edib; 2026-cı ilin yanvar ayından etibarən tikinti şirkətləri üçün vergi güzəştlərinin ləğv edilməsi gözləntisi; Paylı tikinti haqqında qanunvericiliyə edilən dəyişikliklər (rəsmi müqavilə və icazələr tələbi) bazar təkliflərinin sayını azaldıb; Payızda alıcılıq fəallığının ənənəvi artımı; Dollara nisbətdə təngənin zəifləməsi idxal edilən tikinti materiallarını bahalaşdırıb, bu da həm ilkin, həm də təkrar bazarda qiymətlərə təsir edib.

Bu amillərin birləşməsi mənzil qiymətlərinin həm bu ilin sonunda, həm də gələn ilin əvvəlində artmağa davam edəcəyi proqnozunu gücləndirir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31