Nigeriya millisinin baş məşqçisi: "Konqolular bizə cadu etdilər"
07:32 DünyaNigeriya millisi penaltilər seriyasında Konqo Demokratik Respublikasının yığma komandasına 4:3 hesabı ilə uduzub, Dünya Çempionatına vəsiqə qazana bilməməsindən sonra komandanın baş məşqçisi maraqlı açıqlama verib.
Oxu.Az xəbər verir ki, penalti zərbələrindən məğlub olduqdan sonra Nigeriya millisinin baş məşqçisi Erik Şell rəqib komandanın məşqçilər heyətinə doğru hücum edib.
Matçdan sonra E.Şell bildirib ki, Konqo Demokratik Respublikası millisinin texniki heyəti penaltilər seriyası boyu cadu və müxtəlif ayinlər icra edib və o bunun şahidi olub.
Xatırladaq ki, Nigeriya millisi üzərində qələbə qazanan Konqo Demokratik Respublikasının yığma komandası DÇ-2026-da iştirak etmək üçün qitələrarası seçmə mərhələdə mübarizə aparacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31