Yaponiyada güclü zəlzələ oldu

Yaponiyanın Honşu adası sahillərində 5,2 maqnitudalı zəlzələ olub.

Milli.Az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Təbii fəlakətin episentri Miyako şəhərindən 108 km şimal-şərqdə yerləşib.

Zərərçəkənlər və dağıntılar barədə məlumat verilməyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31