Təyyarənin "qara qutu"su nə vaxt oxunacaq?

Türkiyənin Gürcüstanda qəzaya uğrayan C-130 təyyarəsinin "qara qutu"sunun oxunması iki ay vaxt aparacaq.

Bunu Türkiyənin milli müdafiə naziri Yaşar Gülər deyib.

O, söyləyib ki, ilkin nəticələrin əldə edilməsi prosesi ən azı 2 ay çəkir.

Qeyd edək ki, noyabrın 11-də Gürcüstan ərazisində Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus "C130" tipli hərbi yük təyyarəsi qəzaya uğrayıb. Təyyarənin qalıqları Xolaqiri monastırının yaxınlığındakı dik yamaclara səpələnib və yerli sakinlər tərəfindən aşkar edilib. Təyyarədə olan 20 nəfərin hamısı həlak olub. Onların nəşi tapılıb və Türkiyəyə göndərilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31