Rusiya keçmiş baş nazirinin adı terrorçu siyahısına salındı

Rusiyanın keçmiş baş naziri Mixail Kasyanov və iqtisadçı Sergey Quryev terrorçu və ekstremist siyahısına əlavə edilib.

Olaylar.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

Məlumata görə, "Rosfinmonitorinq"in siyahısına "Novaya Gazeta Europa"nın baş redaktoru Kirill Martınov da daxil edilib.

Qeyd edək ki, oktyabr ayında Rusiya Federal Təhlükəsizlik Xidməti Mixail Kasyanov, Kirill Martınov və Sergey Quryevin də daxil olduğu Rusiya Müharibə Əleyhinə Komitəsinin üzvlərinə qarşı cinayət işi açdığını elan etmişdi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31