Ümid edirik ki, Trampla görüş baş tutacaq - Peskov
15:31 DünyaRusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp arasında Budapeştdə pozulmuş sammitin baş tutacağına ümid edir.
Olaylar.az xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov deyib.
"Bildiyiniz kimi, həm Vaşinqton, həm də Moskva dəfələrlə istənilən sammitin məhsuldar olması ilə bağlı anlayışımızı təsdiqləyən bəyanatlar veriblər. Məhsuldar sammit dəqiq, hərtərəfli hazırlıq tələb edir. Ümid edirəm ki, bu, baş tutacaq", - Peskov bildirib.
Qeyd edək ki, Finlandiya Prezidenti Aleksandr Stubb ABŞ Prezidenti Donald Tramp və Rusiya Prezidenti Vladimir Putin arasında Budapeştdə keçiriləcək görüşün təxirə salınmasını Rusiya üçün strateji səhv hesab etmişdi. (Axar.az)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31