Ərdoğan NK-nı toplayır: Təyyarə qəzası...

Bu gün Türkiyə Prezidenti Rəcəb Tayib Ərdoğanın rəhbərliyi ilə Nazirlər Kabinetinin iclası keçiriləcək.

Olaylar.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Beştəpədə keçiriləcək iclasın ilk mövzusu 20 hərbiçinin şəhid olduğu təyyarə qəzası olacaq.

Görüşdə həmçinin "Terrorsuz Türkiyə" hədəfi çərçivəsində aparılan proseslər də müzakirə ediləcək.

İclasın digər mövzusu Qəzzadakı humanitar vəziyyət olacaq. (Axar)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31