Ukrayna ilə Fransa arasında tarixi razılaşma imzalandı
14:47 DünyaFransa ilə Ukrayna arasında uzunmüddətli əməkdaşlığı müəyyən edən tarixi müqavilə imzalayıb.
Olaylar.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski Teleqram kanalında məlumat verib.
Saziş Parisdəki Villakuble aviabazasında Ukrayna Prezidenti Vladimir Zelenski və Fransa Prezidenti Emmanuel Makron arasında imzalanıb.
Müqaviləyə əsasən, Ukraynaya Fransanın "Rafale" çoxməqsədli qırıcılarının tədarükü, Ukraynanın aviasiya donanmasını 250 təyyarəyə (F-16 və "Gripens" də daxil olmaqla) çatdırmaq üçün 10 illik razılaşma, ️SAMP/T hava hücumundan müdafiə sistemlərinin, raketlərin və anti-dron sistemlərinin tədarükü nəzərdə tutulur. (Axar)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31