Ermənistan və ABŞ xarici işlər nazirləri "Tramp Marşrutu" layihəsini müzakirə ediblər – ÖZƏL
17 Noyabr 14:37 DünyaErmənistan xarici işlər naziri Ararat Mirzoyan və ABŞ dövlət katibinin siyasi məsələlər üzrə müavini Elison Huker İrəvanda keçirdikləri görüşdə "Tramp Marşrutu" (TRIPP) layihəsinin reallaşdırılmasına hazırlıq məsələlərini müzakirə ediblər.
Olaylar.az xəbər verir ki, Ermənistan XİN-in mətbuat xidməti məlumat verir ki, tərəflər layihənin daha geniş nəqliyyat və digər kommunikasiya şəbəkəsinin inkişafı üçün vacibliyini vurğulayıblar. Görüşdə həmçinin Ermənistan və ABŞ arasında strateji tərəfdaşlığın inkişafı, qarşılıqlı maraq doğuran sahələrdə (energetika, infrastruktur, süni intellekt və investisiyaların təşviqi) əməkdaşlığın dərinləşdirilməsi məsələlərinə toxunulub.
Mirzoyan ikitərəfli gündəliyin genişləndirilməsinə yönəlmiş siyasi dialoqun aktiv dinamikasını qeyd edib.
Tərəflər avqustun 8-də Vaşinqton sammitində əldə olunan razılaşmaların həyata keçirilməsi istiqamətində görülən işləri də qeyd ediblər.