İran AÇIQLADI - DAYANDIRMIŞIQ!
14:08 Dünyaİran hakimiyyəti Avropa dövlətləri ilə nüvə proqramı üzrə dialoqu dayandırdıqlarını bildirib.
Olaylar.az xəbər verir ki, İran xarici işlər nazirinin müavini Səid Xətibzadə Tehranın Böyük Britaniya, Almaniya və Fransa ilə İranın nüvə proqramı üzrə danışıqları bərpa etməyə hazırlaşmadığını bildirib.
Bu qərarın səbəbi "Avropa üçlüyü" tərəfindən BMT Təhlükəsizlik Şurasının anti-İran sanksiyalarını bərpa etmək məqsədilə "snapback" mexanizminin işə salınmasıdır.
Xətibzadə qeyd edib ki, nüvə məsələlərinin "Avropa üçlüyü" ilə müzakirəsi başa çatır, çünki onun fikrincə, Avropa ölkələri beynəlxalq hüquq normalarına zidd hərəkət edib. O vurğulayıb ki, Almaniya, Fransa və Britaniya ilə başqa istiqamətlərdə əlaqələr qalır, lakin nüvə mövzusunda dialoq artıq mümkün deyil.
BMT Təhlükəsizlik Şurası sentyabrın 26-da Rusiya və Çin tərəfindən təqdim edilən və İranın nüvə proqramı ilə bağlı 2231 saylı qətnamənin fəaliyyət müddətini altı ay uzatmağı nəzərdə tutan layihəni rədd edib. 28 sentyabrda isə Təhlükəsizlik Şurası İrana qarşı sanksiyalar kompleksini yenidən qüvvəyə mindirib.
29 sentyabrda Avropa İttifaqı Şurası "Avropa üçlüyü"nün ardınca İrana qarşı bəzi məhdudiyyətləri qismən bərpa edib. Bu tədbirlər müəyyən şəxslərə giriş qadağasını, aktivlərin dondurulmasını, ticarət məhdudiyyətlərini, İran banklarının Avropada fəaliyyətinə qoyulan sərt çərçivələri və İran yük reyslərinin Avropa hava limanlarında xidmət almasının qadağan edilməsini əhatə edir. (Musavat.com)