20 ton toyuq əti Qazaxıstan sərhədindən geri qaytarılıb – ÖZƏL
13:50 DünyaQazaxıstan sərhədində istehsalçısı Avrasiya İqtisadi İttifaqının (Aİİ) rəsmi təchizatçıları siyahısında (reyestrində) olmayan, Rusiya Federasiyasının Samara vilayətindən Qızılordaya istiqamət alan 20 ton toyuq əti olan yük maşını geri qaytarılıb. Olaylar.az xəbər verir ki, bu barədə ArbatMedia məlumat yayıb.
Qazaxıstan Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, "Sırım" sərhəd baytarlıq postunda yoxlama zamanı sənədlərdə uyğunsuzluq aşkar edilib. Heyvandarlıq məhsullarının Qazaxıstana ixracına icazəsi olan təchizatçılar siyahısında olmayan bir müəssisədə istehsal olunan məhsul sərhəd keçidinə buraxılmayıb və geri Rusiyaya göndərilib. Sürücü inzibati məsuliyyətə cəlb edilərək cərimələnib.
Baytarlıq xidmətinin məlumatına əsasən, bu ilin əvvəlindən Qərbi Qazaxıstan vilayətində iki yüzdən çox oxşar pozuntu aşkar edilib. Yoxlamalar nəticəsində 204 nəqliyyat vasitəsi geri qaytarılıb, 130 protokol tərtib edilib və cərimələrin ümumi məbləği 11 milyon təngədən çox olub.