SON DƏQİQƏ! Varşava həyəcan siqnalı verdi
13:30 DünyaPolşada Ukraynaya aparan dəmir yolu xəttində zədələnmə aşkar edilib.
Olaylar.az xəbər verir ki, Djiçin şəhəri yaxınlığında hərəkət edən qatarın maşinisti qəzanı müəyyən edib və o, vaxtında tormozlayaraq qəzanın qarşısını alıb.
Hadisə zamanı qatarda iki sərnişin və bir neçə ekipaj üzvü olub.
Zədələnmiş hissənin olduğu istiqamətdə qatarların hərəkəti dayandırılıb, lakin paralel yolla hərəkət davam etdirilib.
Polşanın baş naziri Donald Tusk yolun zədələnməsinin səbəbinin diversiya ola biləcəyini istisna etməyib.
"Demblin-Varşava xəttində zədələnmiş yol sahəsiylə bağlı daxili işlər naziri ilə daimi əlaqədəyəm. Ola bilsin ki, bu, diversiya aktıdır. Aidiyyəti xidmətlər araşdırma aparır", - deyə Tusk X hesabında bildirib.
Zədələnən dəmir yolu xəttində Polşa-Ukrayna sərhədindəki Dorohusk-Yaqodin keçid məntəqəsi yerləşir. Həmçinin, xətt Ukraynaya Qərb silahlarının çatdırılması üçün əsas logistika mərkəzi olan Jeşuv şəhərindən keçir.
Polşa bundan əvvəl dəfələrlə Rusiyanı ölkə daxilində kəşfiyyat fəaliyyəti aparmaqda ittiham edib. Varşava bildirib ki, Ukraynaya silah tədarükündə oynadığı rol ölkəni Rusiya casuslarının və diversantlarının hədəfinə çevirib. İyulda Tusk ölkədə Rusiya kəşfiyyatı ilə əməkdaşlıqda şübhəli bilinən 32 nəfərin saxlanıldığını açıqlamışdı.
"Onların arasında polyaklar, ruslar, ukraynalılar, belaruslar və Kolumbiya vətəndaşı var. Siyahı bununla bitmir", - deyə baş nazir qeyd etmişdi.
Oktyabrda isə diversiya hazırlığında şübhəli bilinən daha 8 nəfərin saxlanıldığı bildirilib. Donald Tusk risklərin qarşısını almaq və "Rusiyanın alətlərindən istifadə edərək Polşa dövlətinə hücum edən" bütün şəxslərin tutulması üçün daha sərt və intensiv tədbirlər görülməsi barədə göstəriş verib.
Kremlin açıqlamasında isə bildirilib ki, Rusiya "başqa ölkələrin daxili işlərinə heç vaxt müdaxilə etmir", digər dövlətlərin vətəndaşlarının diversiya üçün cəlb olunması ilə bağlı iddialar isə "rusofob isteriyanın qızışdırılması" kimi qiymətləndirilib. (Musavat.com)