Ermənistanda seçki təbliğatına mane olmaqda ittiham olunan iki nəfər həbs edilib – ÖZƏL
17 Noyabr 2025 12:43 DünyaOlaylar.az xəbər verir ki, Ermənistan Baş Prokurorluğu 17 noyabr 2025-ci ildə Vaqarşapatın böyüdülmüş icmasında bələdiyyə seçkiləri çərçivəsində "Respublika" partiyasının təbliğatına mane olmaqda ittiham olunan Gevorq və Ambarstum Nersisyan barəsində cinayət işinin məhkəməyə göndərildiyini bildirib. Həmin şəxslərin Katolikos II Qareginin qohumları - Gevorq və Ambarstum Nersisyan olduqları qeyd edilir.
İstintaq müəyyən edib ki, 1 noyabrda partiyanın namizədi və tərəfdarı Voskeat kəndində qanuni şəkildə seçki təşviqatı apararkən Ambarstum Nersisyan onu nalayiq ifadələrlə hədələyərək ərazini tərk etməyə məcbur edib və partiyanın digər namizədinin də kəndə buraxılmayacağını bildirib. Daha sonra atası G.Nersisyan da həmin yerə gələrək təbliğatçıya qarşı kobud davranış nümayiş etdirib.
Ambarstum və Gevorq Nersisyan daha sonra görüş yerinə gedərək orada toplaşan seçicilərlə danışıb və ərazini tərk ediblər.
2 noyabrda hər iki şəxs barəsində Ermənistan Cinayət Məcəlləsinin 211-ci maddəsinin 2-ci hissəsinin 5-ci bəndi (qrup halında təbliğat fəaliyyətinə mane olma) üzrə cinayət işi açılıb və onlar həbs edilib.