"Dəyişikliklər Uğrunda Koalisiya" Qərbi partnyorları İvanişviliyə qarşı sanksiyalara çağırır – ÖZƏL
11:56 DünyaOlaylar.az xəbər verir ki, Gürcüstanın üç siyasi birliyindən ibarət olan "Dəyişikliklər Uğrunda Koalisiya" Avropa İttifaqı (Aİ), Böyük Britaniya və ABŞ-yə müraciət edərək ölkədəki vəziyyətlə bağlı qəti addımlar atmağa çağırıb.
Koalisiya, İvanişvili rejiminin Gürcüstanın demokratik müdafiəçilərini və Avro-Atlantik dəyərlərə sadiq qüvvələri düşmən elan etdiyi bir məqamda çıxış etdiklərini bildirib. Müraciətdə vurğulanır ki, hakim "Gürcü Arzusu" partiyası əsas Avropayönümlü siyasi qüvvələri ("Axali", "Vahid Milli Hərəkat", "Lelo") qadağan etməyə çalışır.
Koalisiyanın Qərb tərəfdaşlarına əsas çağırışları: Bidzina İvanişviliyə, Baş Nazir İrakli Kobaxidzeyə və siyasi təqiblərə cavabdeh olan bütün de-fakto rəsmilərə qarşı şəxsi sanksiyalar tətbiq etmək; ABŞ Senatında "MEGOBARI Aktı"nın qəbul edilməsi; Siyasi məhbuslar azad edilənə və repressiyalar dayandırılana qədər rejim ilə bütün siyasi və maliyyə əməkdaşlığını dayandırmaq; Gürcüstanın demokratik müxalifətini, vətəndaş cəmiyyətini və keçmiş prezident Salome Zurabişvilini Gürcüstan xalqının avropayönümlü iradəsinin legitim nümayəndələri kimi tanımaq.
Koalisiya, Gürcüstanın yerinin Avropada olduğunu, lakin Avropanın "Rusiya tərəfindən idarə olunan avtokratiyaya" qapıları aça bilməyəcəyini xəbərdar edib.