Karapetyanın vəkili Kassasiya məhkəməsini tənqid edib – ÖZƏL

Olaylar.az xəbər verir ki, erməni sahibkar və xeyriyyəçi Samvel Karapetyanın vəkili Ruben Akopyan Karapetyanın həbs müddətinin uzadılması ilə bağlı məhkəmə iclasından əvvəl jurnalistlərə açıqlama verib.

Vəkil Karapetyanın həbs müddətinin bir ay uzadılması barədə istintaq orqanının vəsatətini "qeyri-qanuni" və "reallıqla, hüquqla və qanunçuluqla zərrə qədər əlaqəsi olmayan" hesab edib.

Akopyan bildirib ki, vəsatətdə Kassasiya Məhkəməsinin əsaslandırması gətirilib. O, bu kontekstdə Kassasiya Məhkəməsinin bu iş üzrə Prokurorluq və İstintaq Komitəsinin "filialı" (övlad müəssisəsi) kimi çıxış etdiyi təəssüratının yarandığını deyib.

Vəkil həmçinin izah edib ki, "çağırış" maddəsi üzrə həbsi uzatmaq imkanları artıq bitib. İqtisadi hissə üzrə şübhələrin əsaslı olub-olmaması məsələsi isə bu gün həll olunacaq; əgər məhkəmə əsassız hesab etsə, həbs uzadıla bilməz.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31