Putinin şok planı ÜZƏ ÇIXDI: Bütün ukraynalıları Sibirə sürgün edəcək – 7 BÖLGƏ OD İÇİNDƏ!

Ötən gecə Rusiya hava hücumundan müdafiə sistemləri Rusiyanın 7 bölgəsinə kütləvi hücumun qarşısını alıb.

Olaylar.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin məlumat yayıb.

Bildirilir ki, Ukraynaya məxsus 36 pilotsuz təyyarə vurulub.

"Noyabrın 16-sı gecə saat 23:00-dan noyabrın 17-si səhər saat 7:00-a qədər hava hücumundan müdafiə sistemləri Ukraynaya məxsus 36 təyyarə tipli pilotsuz uçuş aparatını ələ keçirib və məhv edib", - nazirlik bildirib.

Hava hədəflərinin əksəriyyəti Bryansk vilayətində olub. Bölgə üzərində 14 PUA məhv edilib. Səkkiz pilotsuz təyyarə Tambov vilayətində, beşi Ulyanovsk və dördü isə Voronej vilayəti üzərində məhv edilib. Daha üç pilotsuz təyyarə Oryol, biri Nijni Novqorod, biri isə Tula vilayətlərində vurulub.

Ukraynanın Xüsusi Əməliyyat Qüvvələrinə bağlı Milli Müqavimət Mərkəzi (CNR) Kremlin işğal etdiyi Xerson, Zaporojye, Donetsk və Luqansk bölgələrində yaşayan ukraynalıları Sibirə köçürərək regionun yenidən qurulmasını onların vasitəsilə həyata keçirməyi planlaşdırdığını iddia edib.

Publika.az xəbər verir ki, bu barədə Ukrayna mediası məlumat yayıb.

İddiaya görə, Rusiya Təhlükəsizlik Şurasının katibi, keçmiş müdafiə naziri Sergey Şoyqu yaxın günlərdə "700 milyard dollarlıq investisiya" və yeni "sənaye klasterləri"ni əhatə edən genişmiqyaslı "Sibir İnkişaf Proqramı"nı təqdim edib.

Qeyd olunub ki, gənc əhalinin bölgəni tərk etməsi və səfərbərlik nəticəsində Sibir işçi qüvvəsi baxımından "tənəzzül" yaşayır. Bu səbəbdən Moskvanın həmin çatışmazlığı işğal altında olan ərazilərdəki ukraynalılar hesabına doldurmaq niyyətində olduğu bildirilir.

İddialara görə, Kremlin göstərişi ilə məktəblər, xəstəxanalar və digər dövlət qurumlarına "ailə öhdəliyi olmayan, uzunmüddətli ezamiyyətə göndərilə biləcək əməkdaşların" siyahısının hazırlanması tapşırılıb. Məqsədin həm işğal altındakı bölgələrin demoqrafik strukturunu dəyişmək, həm də Sibirdə işçi qüvvəsi yaratmaq olduğu vurğulanır. (Publika.az)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31