Fələstin qruplaşmaları Qəzzadakı sülhməramlı qüvvələrin yalnız BMT-yə tabe olmasını tələb edir
17 Noyabr 10:37 DünyaHƏMAS da daxil olmaqla, Fələstin qruplaşmaları hesab edir ki, Qəzza zolağındakı sülhməramlı qüvvələr yalnız BMT-yə tabe olmalıdır, əks halda onlar işğalçı qüvvələrə çevriləcəklər.
Olaylar.az xəbər verir ki, müvafiq bəyanat HƏMAS-ın Telegram kanalında dərc edilib: "Qətnamə (BMT Təhlükəsizlik Şurasının üzvləri arasında paylanılıb - red.) sülhməramlı kontingentə İsraillə qarşılıqlı əlaqədə olacaq işğalçı qüvvə rolunu verir. Biz inanırıq ki, istənilən beynəlxalq qüvvə BMT-yə tam tabe olmalı və yalnız Qəzzada Fələstin dövlət qurumları ilə əlaqələndirilmiş şəkildə fəaliyyət göstərməlidir". Fraksiyaların nümayəndələri həmçinin Qəzzada fəaliyyət göstərən qrupların tərksilah edilməsinə və anklavda xarici hərbi bazaların yaradılmasına qarşı çıxıblar.HƏMAS və müttəfiqlərinin iddiasına görə, bu, Zolağın "suverenliyinin birbaşa pozulması" hesab ediləcək.
Qeyd edək ki, bu gün BMT Təhlükəsizlik Şurası ABŞ tərəfindən Qəzza zolağı ilə bağlı hazırlanmış qətnamə üzrə səsvermə keçirəcək. ABŞ-ın BMT-dəki Daimi Nümayəndəliyinin əvvəllər bildirdiyi kimi, sənəddə "beynəlxalq sabitləşdirmə qüvvəsi"ni dəstəkləyən və "HƏMAS olmadan Qəzzada fələstinlilər üçün sabit, təhlükəsiz, dinc və firavan gələcəyin" təmin edilməsini təmin edən müddəalar yer alır.
Rusiya bu qətnaməyə alternativ qətnamə layihəsi hazırlayıb. (Musavat.com)