Ər-Riyad Rusiya silahının lokalizasiyası ilə maraqlanır – ÖZƏL

Olaylar.az xəbər verir ki, Rusiyanın Hərbi-Texniki Əməkdaşlıq üzrə Federal Xidmətinin (FS VTS) direktoru Dmitri Şuqaev Dubay aerokosmik sərgisi ərəfəsində bildirib ki, Səudiyyə Ərəbistanı Rusiya ilə hərbi-texniki əməkdaşlığı inkişaf etdirir.

Şuqaevin sözlərinə görə, Ər-Riyadın əsas maraq göstərdiyi sahələr aşağıdakılardır: Müasir qısamənzilli hava hücumundan müdafiə (HHM) sistemlərinin tədarükü; Quru qoşunlarının texnikasının təchizatı; Ayrı-ayrı silah növlərinin Səudiyyə Ərəbistanı ərazisində istehsalının lokallaşdırılması (yerli istehsalının təşkili).

Dmitri Şuqaev, iki ölkə arasında hərbi-texniki əməkdaşlığın planlı şəkildə inkişaf etdiyini və bu məqsədlə birgə Rusiya-Səudiyyə komissiyasının səmərəli fəaliyyət göstərdiyini vurğulayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31